“Azərkosmos” tərəfindən “Yaşıl siyasət” sənədi qəbul olunub

14:09 - 5.04.2024


5 aprel, Fineko/abc.az. “Azərkosmos” qlobal iqlim dəyişikliyinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platformasını ictimaiyyətə təqdim edib. Platforma “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş konfransda nümayiş olunub.

ABC.AZ xəbər verir ki, konfrans çərçivəsində rəqəmsal iqlim hesabatı ilə yanaşı “Azərkosmos” özünün “Yaşıl siyasət” sənədini qəbul etdiyini açıqlayıb.

Belə ki, ötən ildən BMT-nin “Qlobal Saziş” təşəbbüslərinə qoşulan “Azərkosmos” öz əməliyyatlarında kosmik aparatların inkişafı, buraxılışı, orbitdəki fəaliyyətini və kosmik obyektlərin idarə edilməsi zamanı ətraf mühitə təsirini minimuma endirməyi hədəfləyir.

Konfrans peyk təsvirlərindən dinamik şəkildə istifadə olunmasına dair aktiv müzakirələrlə davam edib.

Azərtac