“ELİPS-R LTD” MMC qanunsuz ağacları kəsdi - Cərimələnir

15:15 - 5.04.2024


5 aprel, Fineko/abc.az. Tikinti şirkəti “ELİPS-R LTD” MMC məhkəməyə verilib.

ABC.AZ xəbər verir ki, MMC ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalari əleyhinə olan inzibati xəta törətməkdə ittiham edilir.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin qanunsuz kəsilməsi) maddəsi ilə protokol tərtib edilib.

253.3.1-ci maddəyə görə, fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.