Rusiya aviaşirkəti bort işçilərinə idman ayaqqabısı geyinməyə icazə verdi

15:17 - 5.04.2024


5 aprel, Fineko/abc.az. Rusiya aviasiya tarixində ilk dəfə “Smartavia” bort işçilərinə idman ayaqqabısı geyinməyə icazə verib. “Smartavia”nın bütün ekipajları və yerüstü xidmət işçiləri yeni formalara keçiblər.

ABC.AZ xəbər verir ki, ilk dəfə olaraq, Rusiya aşağı büdcəli aviaşirkətin işçilərinin geyim dəstinə ortopedik qatı olan xüsusi dəri ayaqqabılar daxil edilmişdir ki, bu da vaxtının çox hissəsini ayaq üstə keçirənlər üçün vacib bir yenilikdir.
Kolleksiya yaradılarkən bənövşəyi, firuzəyi və boz rənglərdən istifadə edilmişdi.