Tikinti şirkətinin dövlətə böyük məbləğdə borcu yaranıb

16:14 - 5.04.2024


5 aprel, Fineko/abc.az. “1st Construction” Məhdud Məsuliyyətli Cəmiyyətin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, MMC-nin vergi borcu 463 488.64 manatdır. Bu vergi borcu 04.04.2023-cü il tarixinə olan məlumatdır.

Xatırladaq ki, “Gilan İnşaat” MMC adını dəyişdirərək “1st Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyət göstərib.