Dubayın tədbir sənayesinin həcmi hər il 25% artacaq

16:52 - 5.04.2024


5 aprel, Fineko/abc.az. 2023-cü ildə Dubayda tədbir sənayesinin həcmi 165,15 milyard dirhəmə (44,7 milyard dollar) çatdı və gələcəkdə orta illik artım tempinin (CAGR) 2027-ci ilə qədər 25% olacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, proqnozlara görə, ümumilikdə, BƏƏ-də MICE sektoru ölkədə biznes tədbirlərinin sayının artması fonunda 2030-cu ilə qədər 8,5% — 5,21 milyard dollardan 9,22 milyard dollara qədər artacaq.

Keçən il Dubayın MICE sektoru ondan əvvəlki ilin göstəricisinə nisbətən 25% artım göstərmişdi. Məsələn, təkcə əmirliyin Dünya Ticarət Mərkəzi (Dubai World Trade Centre, DWTC) 2023-cü ildə 301 işgüzar tədbir təşkil etmişdi və burada 2,47 milyon insan iştirak etmişdi.