Könüllü şəxsi sığorta üzrə yığımlar və ödənişlər artıb

10:10 - 6.04.2024


6 aprel, Fineko/abc.az. Azərbaycanda könüllü şəxsi sığorta üzrə yığımlar və ödənişlər artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 64 milyon 246 min manat təşkil edib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 828 min manat və ya 3% azdır.

2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 66 milyon 73 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 14 milyon 353 min  manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 961 min manat və ya 26% çoxdur.

Əvvəlki ilin eyni dövründə 11 milyon 392 min manat sığorta ödənişləri edilmişdi. Hesabat dövründə zərərlilik göstəricisi isə 22% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 17% təşkil edib.