11:10 - 6.04.2024
6 aprel, Fineko/abc.az. 2024-cü ilin ilk iki ayı ərzində iki ölkədən Azərbaycana gələn turistlərin sayında kəskin azalma baş verib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu azalmaların sayının ən çox müşahidə edildiyi ölkələr İsrail və İran olub. 2024-cü ilin yanvar-fevral aylarında İsraildən Azərbaycana 956 turist gəlib. Turistlərin sayı son bir ilin müvafiq dövrü ilə müqayisədə 404 nəfər və ya 30% azdır. 2023-cü ilin yanvar-fevral ayları ərzində İsraildən 1 360 turist gəlmişdi.
İrandan Azərbaycana gələnlərin sayı 1 837 nəfər təşkil edib ki, bu da illik müqayisədə 584 nəfər və ya 24% azdır. Ötən ilin iki ayı ərzində 2 421 turist Azərbaycana gəlmişdi.
Bundan başqa turistlərinin sayında azalmalar ölkələrə Norveç, Suriya və Rumıniya da daxildir. Norveçdən gələnlərin sayı son bir il ərzində 41 nəfər və ya 21%, Suriyadan gələnlərin sayı 23 nəfər və ya 20%, Rumıniyadan gələnlərin sayı isə 1 nəfər (1%) azalıb.
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024
2 Dekabr 2024