Almaniya Rusiyaya qarşı yeni sanksiyalar növü təklif edir

11:30 - 6.04.2024


6 aprel, Fineko/abc.az. Almaniya Bundestaqının üzvləri Rusiyadan təbii qaz əsasında kimyəvi xammal idxalının məhdudlaşdırılmasını təklif ediblər.

ABC.AZ xəbər verir ki, deputatlar Almaniya hökumətinə müraciətində Moskvaya qarşı yeni bir sanksiya növünün tətbiqi məsələsini qaldırıblar.

"KİV xəbər verir ki, 2023/2024 mövsümündə Rusiya Aİ-yə daha geniş miqyasda taxıl, xüsusilə buğda ixrac edib. Bu, xüsusilə keçən il bol məhsull ilə bağlı ola bilər", — müraciətin müəllifləri xatırladıblar.

Bununla bağlı onlar, Avropa İttifaqının Rusiya kənd təsərrüfatı sektoruna qarşı mümkün sanksiyaları ilə bağlı Almaniya Nazirlər Kabinetinə müraciət ediblər.

"Federal hökumət, AB-yə təbii qaz əsaslı Rusiya kimyəvi xammalının idxalı üçün rüsumların artırılması və ya AB-yə Rusiya təbii qaz əsaslı kimyəvi xammalının idxalını məhdudlaşdırmaq üçün digər tədbirlərin görülməsini necə qiymətləndirir və federal hökumətin fikrincə, bu tədbirlər dünya qida məhsullarına mənfi təsir göstərəcəkmi?"- deyə deputatlar maraqlanıblar.