Könüllü tibbi sığorta üzrə yığımlar azalıb - Hesabat

14:11 - 6.04.2024


6 aprel, Fineko/abc.az. Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar azalıb, ödənişlər artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 62 milyon 933 min manat təşkil edib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 938 min manat və ya 3% azdır. 2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 64 milyon 871 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 14 milyon 256 min  manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 948 min manat və ya 26% çoxdur.

Əvvəlki ilin eyni dövründə 11 milyon 308 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 23% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 18% təşkil edib.