“Agro Food İnvestments” MMC daha bir şirkət yaradıb

14:53 - 6.04.2024


6 aprel, Fineko/abc.az. “Agro Food İnvestments” MMC-nin (AGI) sturukturunda yeni şirkət təsis edilib.

ABC.AZ xəbər verir ki, yeni təsis edilən şirkət “Zəfər Bağları” MMC-dir. 16 fevral 2024-cü il tarixdə Ağdam Rayon Vergilər Şöbəsi tərəfindən qeydiyyata alınıb.

Şirkət Ağdam rayonu Şıxbabalı kəndində təsis edilib. “Zəfər Bağları” MMC-nin nizamnamə kapitalı 10 000 manat təşkil edəcək. Qanuni təmsilçisi Vahid Novruzov Vaqif oğlu AGI-nin baş icraçı direktorudur.

“Agro Food İnvestments” MMC sürətlə kənd təsərrüfatının strateji sahələri sayılan südçülük fermaları, zeytun, badam bağları, tingçilik, qarğıdalı emalı, açıq tarla əkini (şəkər çuğunduru, arpa, qarğıdalı, soya və s), soyuq hava deposu və meyvə çeşidləmə, logistika və digər kənd təsərrüfatı və qida istehsalı sahələr üzrə işlərini genişləndirir.