Şuşaya yaxın aylarda köç başlayacaq - Prezidentin nümayəndəsi

10:18 - 8.04.2024


8 aprel, Fineko/abc.az. Şuşaya yaxın bir-iki ay ərzində ailələrin köçü başlayacaq.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov deyib.

A.Kərimov bildirib ki, Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir.