Azərbaycandan 3 ayda Avropaya 3,2 milyard kubmetr qaz ixrac edib

11:21 - 8.04.2024


8 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Avropaya 3,2 mlrd. kubmetr, Türkiyəyə 2,3 mlrd. kubmetr, Gürcüstana isə 0,9 mlrd. kubmetr qaz ixrac olunub.

ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

O bildirib ki, bu dövrdə TANAP-la Türkiyəyə 1,3 mlrd. kubmetr qaz nəql edilib.