Amerika startapı Aydakı sahələri araşdırmaq üçün tullanan robot hazırlayacaq

11:33 - 8.04.2024


8 aprel, Fineko/abc.az. Özəl kosmik şirkət “Intuitive Machines” yeni aparatın hazırlandığını elan edib.

ABC.AZ xəbər verir ki, bu dəfə şirkətin mühəndisləri Ayın daim kölgəli və nahamar sahələrini araşdırmaq üçün tullanan robotu yaradacaqlar.

Birinci tullanma, Aya enəndən sonra 20 saat ərzində 24 metrə olacaq və mühəndis qrupunun robotun texniki vəziyyəti haqqında məlumat alması üçün lazımdır. Sonra South Pole Hopper 100 metr tullanacaq.

Ardınca Marston kraterinin kənarına (Marston crater) 300 metr sıçrayış baş tutacaq və sonra robot silsiləyə qayıdacaq. “Intuitive Machines” mühəndislərinin sözlərinə görə, robot 2024-cü ildə təqdim olunacaq və missiya uğurlu olarsa, bu ilin noyabr-dekabr aylarında Aya göndəriləcək.