Azərbaycanda bu sığorta ödənişləri 31 dəfə artıb

11:33 - 8.04.2024


8 aprel, Fineko/abc.az. Azərbaycanda yüklərin (nəqliyyat) könüllü sığortası üzrə yığımlar azalıb, ödənişlər artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 34 min manat təşkil edib.  Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 128 min manat və ya 11% azdır.

2023-ci ilin yanvar-fevral aylarında bu göstərici 1 milyon 163 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 75 min  manat təşkil edib ki, bu da illik müqayisədə 73 min manat və ya 31 dəfə çoxdur.

Əvvəlki ilin eyni dövründə 2 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 7% təşkil edib.