Büdcə gəlirlərində 500 mln. manat həcmində ikili uçot müəyyən edilib

11:50 - 8.04.2024


8 aprel, Fineko/abc.az. 2022-ci ilin dövlat büdcəsinin icrasına rəyin tərtib edilməsi zamanı dövlət büdcəsi gəlirlərində 500 mln. manat həcmində iki uçotunun aparıldığı müəyyən edilib.

ABC.AZ Hesablama Palatasına istinadən xəbər verir ki, 400 mln. manat xərc vahid büdcə təsnifatına (VBT) uyğun aparılmayıb.

Bundan əlavə, 44,8 mln. manat bölüşdürülməmiş xərclərin təyinatına uyğun istifadə edilməyən va ya adına uyğun olmayan istiqamətlərdə istifadəsi müəyyən edilib.

Həmçinin, akkreditivə yönəldilmiş və dövlət büdcəsindən kassa icrasına aid edilmiş vəsaitlərdə 170 mln. manat həcmində uyğunsuzluq aşkar edilib.