Portuqaliyada informatika müəllimləri tətil elan ediblər

12:15 - 8.04.2024


8 aprel, Fineko/abc.az. Portuqaliyalı informatika müəllimləri şagirdlərin elektron sınaqlarının keçirilməsi imkanının olmaması səbəbindən tədris ilinin sonuna qədər tətil elan ediblər.

ABC.AZ xəbər verir ki, kompüter müəllimləri "müəllim vəzifələri" ilə əlaqəli olmayan tapşırıqları yerinə yetirməyə məcbur olduqlarını qeyd ediblər. Xüsusilə, hazırda rəqəmsal formatda aparılmasını tələb edən sınaqların təşkili təhsil müəssisələrində mövcud avadanlıqla mümkün deyil. Bundan əlavə, müəllimlər rəqəmsal testlərin aparılması üçün şəraitin olmaması, nasaz, texniki cəhətdən köhnəlmiş cihazların üstünlük təşkil etməsi, keyfiyyətli internet bağlantısının və normal işləyən daxili şəbəkələrin olmamasını qeyd ediblər.