Proqnoz: 2024-cü il turizm sənayesi üçün rekord il olacaq

12:37 - 8.04.2024


8 aprel, Fineko/abc.az. Ümumdünya səyahət və Turizm Şurası (WTTC) proqnozlaşdırır ki, 2024-cü il sənaye üçün rekord il olacaq, sektorun qlobal iqtisadiyyata töhfəsi isə misli görünməmiş 11,1 trilyon dollara çatacaq.

ABC.AZ, xəbər verir ki, WTTC 2023 Economic Impact Research hesabatı göstərdi ki, turizm dünyada təxminən 348 milyon iş yeri təmin edir — 2019-cu ildəki ən yüksək rəqəmlə müqayisədə 13,6 milyon çoxdur.
Xarici turistlərin xərclərinin 2019-cu ilin zirvəsinə yaxın olacağı və 1,89 trilyon dollara çatacağı, daxili turistlərin isə rekord 5,4 trilyon dollara çatacağı gözlənilir.