Goranboy Olimpiya Kompleksinin tikintisində pozuntular aşkarlanıb

14:26 - 8.04.2024


8 aprel, Fineko/abc.az. Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatı açıqlanıb. 

Hesablama Palatasından ABC.AZ-a verilən xəbərə görə, Hesablama Palatası tərəfindən aşkar edilmiş pozuntuların aradan qaldırılması çərçivəsində “Neftçala rayonunun Olimpiya İdman Kompleksinin tikintisi” obyekti üzrə podratçıya artıq ödənilən 287,7 min manat vəsaitin 206,0 min manatının birbaşa dövlət büdcəsinə ödənildiyinin, 42,8 min manat dəyərində işlərin yerinə yetirilərək bərpa edildiyinin və 38,8 min manat dəyərində idman və mebel avadanlıqlarının digər lazımi avadanlıqlarla əvəzləşdirildiyinin nəzərə alınması, Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi zamanı Goranboy Olimpiya İdman Kompleksinin tikintisi üzrə dövlət büdcəsindən ayrılan vəsaitin istifadə və idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunmasını nəzərə alaraq auditin nəticələrinə dair müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi təklif edilib.