Türk Hava Yolları rekord sayda sərnişin daşıyıb

16:16 - 8.04.2024


8 aprel, Fineko/abc.az. 2023-cü ildə Türk Hava Yolları 83,4 milyon sərnişin daşıyıb, aviaşirkət üçün bu tarixi rekorddur. Göstərici 2022-ci illə müqayisədə 16,1% çoxdur.

ABC.AZ xəbər verir ki, 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyə aviaşirkətinin beynəlxalq sərnişinlərinin sayı 23,4 milyon nəfərə çatmışdı, 2023-cü ilin eyni dövründə isə 27,1% artaraq 29,8 milyon təşkil etmişdi.
Türk Hava Yollarının ümumi doluluq səviyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 bal artaraq 82,6% təşkil edib.
2022-ci ildə yerlərin sayına görə qət edilən məsafə 201,8 milyard km olub, 2023-cü ildə isə bu göstərici 16,4% artaraq 234,8 milyard km çatıb.