Azərbaycanda 2 milyon avroluq şirkət ləğv edilir

16:38 - 8.04.2024


8 aprel, Fineko/abc.az. "Sia Baltic Medical Program Az" MMC ləğv olunduğunu elan edir.

ABC.AZ xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1110 BAKI şəhəri, Nərimanov rayonu, MƏSUD ƏLİZADƏ küçəsi, ev 117, mənzil 84 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Sia Baltic Medical Program Az" MMC 11 iyul 2023-cü ildə yaradılıb. Şirkət 2 milyon avro nizamnamə kapitalına malikdir.

Qanuni təmilsçisi Rəşad Hacıəliyev Qulu oğludur.