AZTV-də "yeyinti" - Televiziyada yoxlamalar aparılıb

17:16 - 8.04.2024


8 aprel, Fineko/abc.az. Ötən il “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) aparılan audit tədbirlərində bir sıra nöqsanlar hələ də qalmaqdadır. 

ABC.AZ xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 8 aprel tarixində keçirilən 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Pozuntuların əksər hissəsinin aradan qaldırılması üçün televiziyanın rəhbərliyi tərəfindən təşəbbüslər irəli sürülüb.

Sədr çıxışında bildirib ki, bu istiqamətdə materiallar barədə qısa bir məlumat ictimailəşib.

“Aparılan auditin nəticəsi hüquq-mühafizə orqanlarına təqdim edilməyib. Orada sadəcə bir məsələ, podratçı tərəfindən eyni layihənin iki dəfə fərqli şəxslərə təqdim edildiyi aşkar edilib. Sırf bu məsələ araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələ aydınlaşıb və köçürülən vəsait dövlət büdcəsinə geri qaytarılıb”, - deyə sədr əlavə edib.