Avqustun 2-də gözlənilən hava haqqında məlumat

13:58 - 1.08.2018


1 avqust, Fineko/abc.az. Sabah, avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Abşeronda gecə 25-27, gündüz 29-34,  Bakıda gecə 25-27, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırırıq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir ki, avqustun 2-si gündüzdən avqustun 4-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 

Bütün xəbərlər