Naxçıvanda güzəştli kreditlərin həcmi bu qədər artıb

11:00 - 9.04.2024


9 aprel, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dəstək olaraq İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu bu ilin 3 ayı ərzində kənd təsərrüfatı yönümlü 8 layihəni maliyyələşdirib.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, layihələrin maliyyələşdirilməsinə 189 min manat vəsait sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Bu ilin 3 ayı ərzində qaytarılan kreditlərin həcmi 1,7 milyon manat olub ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.

Bu ilin I rübündə 290,2 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.