ABŞ-ın bu Bankı bağlanır - Səbəblər

11:40 - 9.04.2024


9 aprel, Fineko/abc.az. San-Fransiskoda yerləşən “First Republic Bank” bağlanma təklükəsi ilə üzləşib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bağlanma təhlükəsi bankın 62 filialının “JPMorgan Chase” bankına verməsindən sonra daha da sürətlənmişdi.

Belə ki, filialların “JPMorgan Chase”a keçməsindən sonra “First Republic Bank”ın mayın 24-də bağlanacağı ehtimalı güclənib.

Həftəsonu “First Republic Bank” müştərilərinin hesabları ABŞ-ın ən böyük bankı olan "JPMorgan Chase”ə keçiriləcək.

1985-ci ildə San-Fransiskoda fəaliyyətə başlayan “First Republic Bank” 2023-cü ildə iflasa uğrayıb. Ötən ilin sentyabr ayına qədər bankın 84 filialının 22-si bağlanılmışdı. Uğursuzluq onu 2008-ci ildə “Washington Mutual”dan sonra ABŞ tarixində iflasa uğrayan ən böyük ikinci banka çevirib.

Müəllif: Elmir Murad