Valyuta hərracında bankların tələbi 22% artıb

12:41 - 9.04.2024


9 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, aprelin 9-da valyuta hərracında bankların tələbi 78,9 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 14,4 milyon dollar (22,33%) çoxdur.

AMB aprelin 4-də valyuta hərracında banklara 64,5 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Onu da qeyd edək ki, bayram ilə əlaqədar cari həftənin çərşənbə axşamı qeyri-iş günü olduğundan bu həftə ərzində 1 hərrac keçirilmişdir. Növbəti hərrac qrafik üzrə 16 aprel 2024-cü il tarixində təşkil ediləcəkdir.