2023-cü ildə Hindistanda neft məhsullarının istehlakı 5% artıb

13:03 - 9.04.2024


9 aprel, Fineko/abc.az. Hindistanda neft məhsullarının istehlakı 2023-cü ildə 5% artıb. 

ABC.AZ xəbər verir ki, bu statistika ölkənin Neft Nazirliyinin planlaşdırma və təhlil şöbəsi (PPAC) tərəfindən dərc edilmişdir.   

Son 12 ayda Hindistan əhalisi və müəssisələri 233 milyon tondan çox yanacaq istifadə etmişdir. Bu, əvvəlki analoji dövrün göstəricisindən 10 milyon ton çoxdur. Gündəlik hesablamada tələb səviyyəsi 4,48 milyon bareldən 4,67 milyon barelə yüksəlib.
Cənubi Asiya ölkəsində dizel yanacağının satışı 4,4% artıb.