14:55 - 9.04.2024
9 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-mart aylarında 15,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
ABC.AZ DSK-ya istinadən xəbər verir ki, emal sektorunda metallurgiya sənayesi məhsullarının istehsalı 49,7 faiz, mebel istehsalı 39,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 37,3 faiz, tikinti materiallarının istehsalı 34,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,2 faiz, içkilərin istehsalı 24,5 faiz, geyim istehsalı 21,1 faiz, elektrik avadanlıqlarının istehsalı 16,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 16,7 faiz, tütün məmulatlarının istehsalı 15,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 9,0 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 7,9 faiz, neft məhsullarının istehsalı 5,4 faiz, kağız və karton istehsalı 2,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 1,3 faiz, əczaçılıq məhsullarının istehsalı 0,9 faiz artmış, hazır metal məmulatlarının istehsalı 0,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 0,4 faiz, qida məhsullarının istehsalı 2,6 faiz, poliqrafiya məhsullarının istehsalı 4,0 faiz, maşın və avadanlıqların istehsalı 19,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 16,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 45,1 faiz, sair sənaye məhsullarının istehsalı 46,9 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,2 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,6 faiz artıb.
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025