İpoteka və Kredit Zəmanət Fondu investorlara indiyədək nə qədər faiz ödəyib?

15:38 - 9.04.2024


9 aprel, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu onun istiqrazlarının sahibləri olan investorlara 238 milyon manat civarında faiz ödənişləri həyata keçirib.

ABC.AZ xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədr müavini Ramil Tahirov bildirib.

“Fond yaşayış maliyyəsi mexanizminin fasiləsizliyin və inkişafının təmin edilməsi məqsədilə büdcə vəsaitləri ilə yanaşı, maliyyə bazarlarının da imkanlarından istifadə edərək uzunmüddətli istiqrazlar emissiya edir. Fond ölkədə ilk dəfə olaraq 2009-cu ildə təmin edilmiş istiqrazların, 2016-cı ildən isə ilk dəfə olaraq ipoteka istiqrazlarının emissiyasına başlayıb. 2009-cu ildən etibarən Fond daxili kapital bazarında 2,6 milyard manat məbləğində istiqrazlar yerləşdirilib. Bu günə qədər 762 milyon manatdan çox istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib”, – deyə o qeyd edib.