Neft ucuzlaşır, Brent bir barel üçün $90,08 təşkil edir

09:22 - 15.04.2024


15 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən həftənin sonunda azaldıqdan sonra bazar ertəsi hərracda aşağı düşür.

Brent markalı neftin iyun fyuçersləri London ICE Futures birjasında saat 09:18-ə qədər $0,37 (0,41%) azalaraq bir barel üçün $90,08-a düşüb. 12 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyun fyuçersləri $0,71 (0,79%) artaraq bir barel üçün $90,45-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may fyuçerslərinin qiyməti saat 09:18-ə qədər $0,44 (0,51%), bir barel üçün $85,22-a düşdü. 12 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçerslərinin qiyməti $0,64 (0,75%) artaraq bir barel üçün $85,66-a yüksəldi.

Ötən həftə Brent markalı neft 0,79%, WTI nefti isə 1,44% ucuzlaşıb.