Apple iri smartfon istehsalçıları siyahısında ikinci yerə enib

10:08 - 15.04.2024


15 aprel, Fineko/abc.az. Apple smartfonlarının tədarükü 2024-cü ilin birinci rübündə təxminən 10% azalıb.

ABC.AZ xəbər verir ki, şirkət yenə də Samsung-a birinci pilləni saxlayaraq iri istehsalçılar siyahısında ikinci yerə düşüb. ABŞ korporasiyası 2023-cü ildə Cənubi Koreya korporasiyasını geridə qoyub.

2024–cü ilin yanvar-mart aylarında dünyada smartfonların tədarükü 7,8% artaraq 289,4 milyon ədədə çatıb. Samsung-un payı 20,8%, Apple — 17,3%, Xiaomi — 14,1% təşkil edib.

İlin əvvəlində yeni flaqman Galaxy S24 modelini təqdim edən Samsung, birinci rübdə 60 milyondan çox smartfon təqdim edib. Apple bir il əvvəl 55,4 milyona qarşı 50,1 milyon satıb.