10:24 - 15.04.2024
15 aprel, Fineko/abc.az. Sənaye təyinatlı indium və qalay son bir ildə dünyada investisiya üçün ən sərfəli metallar kimi qeyd olunur.
ABC.AZ xəbər verir ki, məlumata görə, bu metallara qoyulan investisiyalara qayıdış qızıldan iki dəfə yüksək olub.
İl ərzində bazarda ən çox indium bahalaşaraq - 35,5%, bir kiloqrama 256,26 dollar təşkil edib. İkinci yeri qalay tutub (+33,5%, ton başına 31,7 min dollara qədər). Üçüncü yeri qallium tutub (+23%, 271,2 dollara qədər).
Qızılın qiyməti il ərzində 18,3% artaraq troya unsiyası üçün 2,4 min dollara çatıb. Gümüş 14,8% artaraq bir unsiya üçün 29,2 dollara yüksəlib.
21 May 2025
21 May 2025