“Siyəzən-Broyler” cərimələnir - Protokol yazıldı

10:29 - 15.04.2024


15 aprel, Fineko/abc.az. “Siyəzən-Broyler” ASC-yə cərimə protokolu yazılıb.

ABC.AZ xəbər verir ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

İXM-in 234.0.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

Protokol baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilib. İş hakim Bəylər Ələkbərovun icraatına verilib.