Niger və Çinin bu şirkəti müqavilə bağlayıb — Müqavilənin qiyməti

11:15 - 15.04.2024


15 aprel, Fineko/abc.az. Niger və Çin Milli Neft Korporasiyası (CNPC) Afrika ölkəsindəki Aqadem neft yatağından xam neftin nəqlinə dair 400 milyon dollarlıq anlaşma memorandumu imzalayıblar. Layihədə ilkin olaraq gündə 90.000 barel ixrac ediləcəyi nəzərdə tutulur ki, bunun da 25.4%-ni Niger alacaq.

Aqadem neft yatağını yaxınlıqdakı Benindəki Kotonu limanı ilə birləşdirən ixrac boru kəməri layihəsi, keçən noyabr ayında istifadəyə verilib və CNPC-nin törəmə şirkəti olan PetroChina tərəfindən idarə olunur. Məlumata görə, Niger boru kəmərinin səhmlərinin 15%-nə sahib olacaq.

Məlumata görə, neftin ilk partiyası artıq aprel ayında tədarük oluna bilər.