Azərbaycanda cari ilin ilk rübündə maliyyə axınlarının həcmi 13% artıb

11:20 - 15.04.2024


15 aprel, Fineko/abc.az. Azərbaycanda 2023-cü ilin son rübünə nəzərən hesabat dövründə ÜDM-in bütün (istehlak, investisiya, ixrac və dövlət alışları) komponentləri üzrə daxilolmalarda artım qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bank açıqlama yayıb.

Cari ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə ticari sektorda çəkili artıma ən çox töhfə verən fəaliyyət sahəsi elektrik enerjisi, qaz və buxar istehsalı, qeyri-ticari sektorda isə dövlət idarəetməsi olub.

2024-cü ilin birinci rübündə maliyyə axınları ötən illərin (2018-2023) səviyyələrindən yuxarıda qərarlaşmışıb.