Azərbaycanda qeyri-enerji sektorundakı artım 4 faizə qədər yüksələcək - Dünya Bankı

11:31 - 15.04.2024


15 aprel, Fineko/abc.az. Azərbaycanda qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4 faizə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə, tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır.

ABC.AZ xəbər verir ki, bu fikirlər Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair açıqladığı “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, dövlət sektorunun tikintiyə investisiya qoyması artıma təsir edir. Digər sahələrdə də artım templərinin qorunub saxlanacağı gözlənilir.

Bundan başqa, Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 faiz, 2025-ci və 2026-cı illərdə isə 2,4 faiz səviyyəsində proqnozlaşdırır.