Əfqanıstan TƏPH tikintisinin tezliklə bərpa olunacağını bəyan edib

11:44 - 15.04.2024


15 aprel, Fineko/abc.az. Əfqanıstan Nazirlər Kabinetinin sədri Məhəmməd Həsən Axund Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəmərinin çəkilməsi layihəsinin həyata keçirilməsi üzrə işlərin tezliklə bərpa olunacağını bildirib.

ABC.AZ xəbər verir ki, bu barədə, Əfqanıstan Baş nazirinin Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədova Ramazan bayramı münasibətilə təbrik teleqramında deyilir. “Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin çəkilməsi layihəsinin icrası ilə bağlı işlərin tezliklə bərpa ediləcəyi gözlənilir”, - deyə Əfqanıstan hökumətinin başçısının Türkmənistan Prezidentinə müraciətində qeyd olunur.