Ötən il ölkədə iqtisadi aktivlik indeksində artım olub - Mərkəzi Bank

11:47 - 15.04.2024


15 aprel, Fineko/abc.az. bütövlükdə 2023-cü il ərzində iqtisadi aktivlik indeksində əhəmiyyətli artım müşahidə edilib. 

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bank açıqlama yayıb.

2024-cü ilin birinci rübündə isə artım tempinin meyil bucağı dəyişmiş və ötən illlərin səviyyələrindən yuxarıda qərarlaşıb.

Mart ayında iqtisadi aktivlik indeksi artaraq tarixi maksimuma çatıb.

2024-cü ilin birinci rübündə iqtisadi aktivlik indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.3% artıb.

2024-cü ilin birinci rübündə ÜDM-in bütün başlıca xərc komponentləri – istehlak, investisiya, ixrac və dövlət alışları – üzrə aktivlik indeksində ötən ilin son rübünün yekun göstəricisi ilə müqayisədə artım qeydə alınıb. Bu komponentlər üzrə aktivlik indeksi tarixi maksimum səviyyələrinə çatıb.

Ən yüksək artım investisiya komponentində (+14.6%) qeydə alınıb.