Türkiyədən Azərbaycana pul köçürmələri 35% artıb

12:30 - 15.04.2024


15 aprel, Fineko/abc.az. 2023-cü ildə Türkiyədən Azərbaycana fiziki şəxslər tərəfindən 164 milyon 316 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 1 milyard 42 milyon 175 min dollar və 35% artıb.

Qeyd edək ki, 2022-ci ildə Türkiyədən Azərbaycana fiziki şəxslər tərəfindən 122 milyon 141 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.