Samsung Next vençur fondu İsraildən çıxdı

12:33 - 15.04.2024


15 aprel, Fineko/abc.az. Elektronika və süni intellektlə bağlı perspektivli startaplara sərmayə qoyan korporativ vençur fondu Samsung Next İsraildə fəaliyyətini dayandırıb.

ABC.AZ xəbər verir ki, bu, Qəzzadakı müharibənin ölkə iqtisadiyyatına ciddi ziyan vurması ilə bağlıdır. 
Bu arada, Fond, əvvəllər yatırdığı 70 İsrail şirkətindən hələ çıxmayıb.