Türkiyə Tacikistana hərbi ehtiyacları üçün 1,5 milyon dollar alacaq

13:21 - 15.04.2024


15 aprel, Fineko/abc.az. Tacikistan parlamentinin aşağı palatasının deputatları Türkiyə ilə hərbi-maliyyə əməkdaşlığı haqqında sazişi və ümumilikdə 1,5 milyon dollardan çox maliyyə yardımının həyata keçirilməsi haqqında Protokolu ratifikasiya ediblər.

ABC.AZ xəbər verir ki, Tacikistana maliyyə yardımı haqqında Protokola əsasən daha 2 milyon lirənin (60,8 min dollar) ayrılması planlaşdırılır. Müdafiə nazirinin sözlərinə görə, bu vəsaitlə Türkiyədə Tacikistan hərbçilərinin təlim xərcləri ödəniləcək.

Müqavilə və protokol 26 iyul 2023-cü ildə İstanbulda imzalanmışdır. 28 mart 2024-cü ildə Tacikistan hökuməti onları parlamentin aşağı palatasında ratifikasiya üçün təqdim etmişdi.