13:33 - 15.04.2024
15 aprel, Fineko/abc.az. “Azur Air” aviaşirkəti aprelin 28-dən Tümendən Antaliyaya birbaşa uçuşlar həyata keçirəcək.
ABC.AZ xəbər verir ki, məlumata görə, "aviaşirkətin Türkiyənin “Rivierası”nın paytaxtına ilk reysi aprelin 28-də həyata keçiriləcək. Uçuş proqramı oktyabrın 15-dək davam edəcək".
Tümendən uçuşlar artıq 28 aprel, 30 aprel və 2 may tarixlərinə planlaşdırılıb. Mayın 5-dən oktyabrın 15-dək uçuşlar hər çərşənbə axşamı və bazar günləri 336 sərnişin tutumu olan Boeing 767-300 hava gəmisində həyata keçiriləcək. Uçuşlar turoperatorla birlikdə çarter proqramı çərçivəsində həyata keçirilir.