Türkiyədə “rəqəmsal köçəri” vizası tətbiq olunur

15:01 - 15.04.2024


15 aprel, Fineko/abc.az. Türkiyə Respublikasının Mədəniyyət Nazirliyi yanında Turizmin təşviqi və İnkişafı Agentliyi əcnəbilərin "rəqəmsal köçəri vizası" almaq imkanını açıqlayıb. Viza Türkiyədən məsafədən işləmək istəyən digər dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuşdur.

ABC.AZ xəbər verir ki, məlumata görə, 21-55 yaş arası şəxslər məsafədən işləməyə imkan verən statuslarını sənədləşdirə bilən bu cür viza üçün müraciət edə bilərlər. Bu, ya ərizəçinin tam ştatlı işçi kimi göstəriləcəyi Türkiyədən kənarda qeydiyyatdan keçmiş şirkətlə daimi müqaviləyə, və ya şəxsin freelancer kimi işlədiyi firma ilə müqaviləyə aiddir. 

Bu sənədləri toplayan əcnəbi, ölkənin Mədəniyyət Nazirliyinin portalı vasitəsi ilə "rəqəmsal köçəri" sertifikatı ala biləcək, bunun əsasında Türkiyə konsulluğunda və ya Viza Mərkəzində müvafiq viza üçün müraciət edəcək.