İri şirkətlər Polşanı tərk edir 

15:21 - 15.04.2024


15 aprel, Fineko/abc.az. Polşada minimum əmək haqqının artması və digər amillər səbəbindən kadrlarda kütləvi ixtisarlar dalğası müşahidə olunur. 

ABC.AZ xəbər verir ki, məlumata görə, şirkətlər istehsalını bağlayır və daha ucuz işçi qüvvəsinin olduğu Hindistana köçürlər.
Orta hesabla 7.768.35 PLN (1.816 avro) olmaqla minimum əmək haqqının 4.242 PLN (991 avro) səviyyəsinə qaldırılması, əmək bazarının "travmatizasiyasına" və işsizliyin artmasına səbəb olub, İqtisadçı Kamil Sobolevski belə hesab edir.

Polşa daha öncə əhalinin yüksək təhsil səviyyəsinə görə investisiya üçün cəlbedici idi. Lakin yaxın 30 ildə Polşanın əmək bazarından hər il təxminən 250 min insan ayrılacaq.
Mənfi amil Polşanın Avropada ən yüksək enerji qiymətləri olan ölkələr arasında olmasıdır. Başqa bir problem bundan ibarətdir ki, şirkətlərin ixtisaslı kadrları cəlb etməsi getdikcə çətinləşir.