Dünyanın ən zənginləri onlardır - SİYAHI

15:52 - 15.04.2024


15 aprel, Fineko/abc.az. Dünyanın ən zəngin insanlarının təxminən 30%-i sərvətlərinin hamısını və ya bir hissəsini miras alıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Forbes” yazıb. Onları sizə təqdim edirik.

Mukeş Ambani – 116 milyard dollarlıq sərvətlə Hindistanın ən zəngin adamıdır. Mukeş və qardaşı Anil bu mirası ataları Cirubhay Ambanidən alıblar (2002-ci ildə dünyasını dəyişib).

Fransuaza Betankur-Meyers və ailəsi – 99.5 milyard dollarlıq sərvətə sahibdir. Dünyanın ən zəngin qadınlarından biri olan Fransuaza Betankur-Meyers mirasını babası Ejen Pol Lui Şullerdən alıb. Qadın “L’Oreal” şirkətinin səhmlərinin 33%-nə sahibdir.

Cim Uolton və ailəsi – 78.4 milyard dollar sərvəti var. Mirasını “Walmart” şəbəkəsini quran atası Sem Uoltondan alıb. Hazırda şirkətdə 12% paya sahibdir.

Rob Uolton – “Walmart”ın qurucusu Sem Uoltonun böyük oğludur, 77.4 milyard dollar sərvəti var.

Elis Uolton və ailəsi – “Walmart”ın qurucusu Sem Uoltonun yeganə qızıdır, sərvəti 72.3 milyard dollardır.

Devid Tomson – 67.8 milyard dollarlıq sərvətinin mənbəyi: atası Kennet Tomsondan miras aldığı “Thomson Corporation” media qrupu.