Benzin və dizel yanacağı satışından gəlirlər 12 faiz artıb

16:54 - 15.04.2024


15 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart ayında pərakəndə ticarət şəbəkəsində 730,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-mart aylarına nisbətən 12,1% çoxdur.

Bu ilin ilk üç ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,14 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.