Aprel ayında Qazaxıstanın "Kaztransoyl" şirkəti Almaniyaya 120 min ton neft nəql etməyi planlaşdırır

17:01 - 15.04.2024


15 aprel, Fineko/abc.az. 2024-cü ilin aprel ayında "Kaztransoyl" ASC Almaniyaya 120 min ton neft nəql etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, 2024-cü ilin I rübündə "Transneft" SC-nin magistral neft boru kəmərləri sistemi ilə Almaniyaya gələcək tədarük üçün "Adamova zastava" neft çatdırılma məntəqəsi istiqamətində neft nəqlinin həcmi 300 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 260 min ton çoxdur. 2023-cü ildə Qazaxıstan neftinin bu marşrut üzrə nəqlinin ümumi həcmi 993 min ton təşkil edib.