Üç ayda əhali 314 milyon manatlıq dərman alınıb

17:13 - 15.04.2024


15 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart ayında pərakəndə ticarət şəbəkəsində 313,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatları satılıb. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-mart aylarına nisbətən 0,6% çoxdur.
Bu ilin ilk üç ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.