Türkiyəyə ən çox turist bu ölkələrdən gəlib

17:21 - 15.04.2024


15 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında Türkiyəyə 4,3 milyondan çox əcnəbi turist gəlib. Onların arasında sayca ilk sırada İran, Rusiya və Bolqarıstan vətəndaşları olub. 

ABC.AZ xəbər verir ki, bu məlumat Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin “Turizm Həftəsi” çərçivəsində açıqladığı hesabatda yer alıb.

Nazirliyin məlumatına əsasən, cari ilin ilk iki ayının turist sayı göstəricisı keçən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur.

Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyəni 3,8 milyon əcnəbi turist ziyarət etmişdi. Ümumilikdə isə, ötən il ərzində qardaş ölkəyə turizm məqsədilə 56 milyon 693 min nəfər daxil olmuşdu.

Xarici turistlərin ən çox maraq göstərdiyi yerlər İstanbul şəhəri, Edirne, Antalya, Artvin və Ağrı vilayətləri olub. (Azərtac)