Azərbaycanda əhali üç ayda 657 milyonluq siqaret və içki alıb

17:32 - 15.04.2024


15 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart ayında pərakəndə ticarət şəbəkəsində 656,7 milyon manatlıq içki və tütün məhsulları satılıb. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-mart aylarına nisbətən 2,4% azdır. 

Bu ilin ilk üç ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,9 faizi içki və tütün məhsullarının alınmasına sərf olunub.