Azərbaycan genişzolaqlı internetin sürətinə görə 2 pillə geriləyib

10:14 - 16.04.2024


16 aprel, Fineko/abc.az. 2024-cü ilin mart ayında Azərbaycan mobil internetin sürətinə görə 148 ölkə arasında 50.12 MB/S sürətlə 56-cı yerdə qərarlaşıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Speedtest Global Index”in məlumatında qeyd edilib.

Sözügedən hesabatda Azərbaycanın əvvəlki ayla müqayisədə mobil internetin sürətinə görə 3 pillə irəlilədiyi vurğulanıb.

Məlumatda bildirilir ki, mobil internetin sürətinə görə birinci yeri Qətər (313.30 MB/S), sonuncu yeri isə Kuba (148-ci yer, 4.01 MB/S) tutub.

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə martda dünyada 117-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 2 pillə geriləmədir.